Qazaxıstanın Manqistau Vilayət Kitabxanasında (Aktau şəhəri) “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb.
Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, guşədə Azərbaycanın tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığını, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, bölgələrini, turizm potensialını əks etdirən 350 kitab sərgilənir və yaxın günlərdə təntənəli açılış mərasiminin keçirilməsi planlaşdırılır.
Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu guşənin yaradılmasında verilən dəstəyə görə Manqistau vilayətinin qubernatoru-akimi Nurdaulet Kilıbaya, şəhər akimi Abilkair Baypakova, Azərbaycan Milli Elmlər Akademiyasına, AMEA Mərkəzi Elmi Kitabxanasına və vilayət kitabxanasının rəhbərliyinə, tələbələrə, azərbaycanlı iş adamlarına, icma fəallarına minnətdarlığını bildirib.
Qeyd edək ki, Qazaxıstanın Manqistau Vilayətinin mərkəzi olan Aktau şəhəri 2025-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olacaq.