Bruce Leenin oğlu Brandon Lee “The crow” filminin çəkilişlərində əslində yalançı tapançadan istifadə ediləcək səhnədə əsl tapançadan açılan güllələrin qurbanı olaraq həlak olmuşdur. Ailəsi və nişanlısı Brandon Leenin xatirəsinə filmin ekranlarda yayımlanmasını istəmişlər.
   
   * * *
   Əvvəllər kino sahəsində aktyorlar indiki qədər çox pul qazanmırdılar. Məsələn, Çarli Çaplin “Making a living” filmindən həftəyə 150 dollar, kino aləminin əfsanəvi sarışını olan Merilin Monro “Some like it hote” filmindən 200.000 dollar qazanmışlar. Bred Pittin “Ocean’s eleven” filmindən qazandığı isə 30 milyon dollar olmuşdur.
   
   1963-cü ildə çəkilmiş “Kleopatra” filminin büdcəsi 280 milyon dollar olmuşdur.
   
   “The apartment” “Ən yaxşı film “Oskarı”nı alan son ağ-qara filmdir.
   
   Yeganə Cansail