İyunun sonlarında Azərbaycan və İran muğam musiqisi ilə bağlı sənədli filmin çəkilməsi nəzərdə tutulub. "Muğam" adlı filmin hər biri 30 dəqiqədən ibarət olmaqla 13 seriya çəkilməsi planlaşdırılıb. Film İranda fəaliyyət göstərən televiziya kanallarından birinin sifarişi ilə Qulamrza Siyamizadənin rejissorluğu və rəhbərliyi altında çəkiləcək. Sənədli film hər iki ölkədə lentə alınacaq. Ekran əsərində əsasən İran və Azərbaycan muğam musiqisinin bir-birinə qarşılıqlı təsiri məsələsi araşdırılacaq. Filmin əsas süjet xəttini iranlı və azərbaycanlı musiqişünasların və ekspertlərin müsahibələri, muğam musiqi parçaları və onların müqayisəsi, muğamın tarixi və hansı ölkələrə yayılması təşkil edəcək.
Intiqam