Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına həsr olunan “Heydərbabaya təbriklər” filminin çəkilişinə başlanılıb. “Heydərbabaya salam” poeması əsasında İranda lentə alınan filmin rejissoru Məhərrəm Zeynalovdur. Azərbaycan aktyorlarının da rol alacağı filmdə ustad Şəhriyarın uşaqlıq və ilk gənclik illəri göstəriləcək, poemanın 72 fəslindən istifadə olunacaq. Ölməz şairin doğum günü - sentyabrın 18-dək hazır olacaq bu ekran əsərinin həmin gün İranın və Azərbaycanın televiziya kanallarında göstərilməsi nəzərdə tutulub.