“Bizim ailə”nin çəkilişləri studiyada aparılacaq
   
   ANS Şirkətlər Qrupunun bazasında fəaliyyət göstərən “Bakıfilm” yeni film layihəsini təqdim edəcək. Bu barədə “Bakıfilm”in direktoru Kamran Qasımov deyib: “Bu yeni sitkomdur. “Bizim ailə” adlanır. Çəkilişlər türk seriallarında olduğu kimi, studiyada aparılacaq”. Sitkomda baş rolları aktyor Çingiz Əhmədov və ANS radiosunun məşhur aparıcısı Mətanət Əliverdiyeva oynayacaqlar. Komediya səhnəsində ailə daxilində baş verən hadisələr cərəyan edəcək. Qeyd edək ki, çəkilişlərə iyul-avqust aylarında start veriləcək.
   
   Elmin