“Oskar” Kino Şirkəti qəhrəmanlıq filmlərimizi yenidən ekranlaşdırmaq qərarına gəlib. Bu filmlərin içərisində “Yeddi oğul istərəm”, “Babək”, “Koroğlu”, “Qaçaq Nəbi” və başqaları var. Şirkət ilk olaraq “Yeddi oğul istərəm” filmini yeni quruluşda təqdim edəcək. Filmin ilin sonlarında tamaşaçıların ixtiyarına veriləcəyi gözlənilir.
“Yeddi oğul istərəm” Qarabağ torpaqları uğrunda döyüşən yeddi qəhrəmanın kino dastanı olacaq. Xüsusi xidmət orqanının əməkdaşı Bəxtiyar Azərbaycanın torpaqlarının taleyini həll edəcək döyüş üçün altı nəfər tapmalı, onlarla birlikdə ucqar sərhəd kəndlərinin birində cəmi 72 saata düşmənin addımlarından xəbər tutmalı və zərərsizləşdirməli, Cəlalın sevgilisini düşmən əlindən qurtarmalı, kəndi xilas etməli və sağ qalmalıdı.
“Yeddi oğul istərəm”də döyüş səhnələrinin çəkilməsi üçün Amerika və Ukrayna kinoşirkətləriylə danışıqlar aparılacaq. Partlayış, əlbəyaxa döyüş və yüksək sürətli avtomobillərdə kaskadyorlarla iş xarici mütəxəssislərə həvalə olunacaq.
Filmdə yeddi oğlun obrazlarını yerli sənətçilərlə yanaşı türk, qazax və bosniyalı aktyorlar canlandıracaq. Aktyorlarla razılaşma dəqiqləşəndən sonra onların adı ictimaiyyətə açıqlanacaq. Bəxtiyar obrazının yerli aktyora həvalə olunacağı gözlənilir.
Artıq “Yeddi oğul istərəm”in ssenarisi üzərində iş yekunlaşmaq üzrədi.