“Artıq 10 gündür ki, “Niyyət” filminin çəkilişləri başa çatıb”. Bunu bizə filmin rejissoru Samir Kərəmoğlu bildirib. Rejissorun verdiyi məlumata görə, ötən ilin noyabr ayında çəkilişlərinə başlanan bu filmdə baş rollarda professional kastinq elanı nəticəsində yığılan aktyorlardan Fuad Axundov, Rövşən Məmmədli, Naidə Əliyeva və əməkdar artist Minəvvər Əliyeva iştirak ediblər: “Əvvəlcə Həcc ziyarətinə gedən zəvvarlarla bağlı çəkilişimiz oldu. Daha sonra isə, yəni yanvarın 25-də 30 günlük çəkilişlər apardıq. Bu ay isə Məkkədə 10 gün işlədik və beləliklə, filmin çəkilişlərini tamamilə başa vurduq. Artıq montaj prosesini də bitirmək üzrəyik. Yalnız musiqi məsələsi qalıb”.
Rejissorun sözlərinə görə, bu ilin noyabrında filmin premyerası gözlənilir.
Rejissorun sözlərinə görə, bu ilin noyabrında filmin premyerası gözlənilir.