Tədbir sentyabrın 30-dan oktyabrın 4-nə kimi Tatarıstanın Kazan şəhərində keçiriləcək
  
   Müsabiqənin proqramına ümumilikdə 34 kino işi : 12 tammetrajlı, 14 sənədli film, 8 qısametrajlı film daxil edilib. Festival xaricində isə “Tatar kino günü”, “Qafqaz kino günləri” və “Beynəlxalq panorama” kino proqramı çərçivəsində göstərilməsi nəzərdə tutulan 22 kino seçilib.
   Qeyd edək ki, festivalda italiyalı aktrisa Kaludia Kardinali və fransalı aktrisa Emmanuel Bearın iştirakı gözlənilir.
   Müsabiqədə nümayiş olunacaq əsas filmlər arasında Əlcəzairlə Fransanın birgə istehsalı, Pabeh Ammer Zaymeşin rejissorluq etdiyi "Azan" (“Adhen”), rejissor Saad Şraybinin “İsalmur” (“İsamour”) dramı, İran, Almaniya və Fransanın birgə istehsalı olan “Qar” (“Snoü”), İkinci Dünya müharibəsinin real tarixi hadisələrini əks etdirən rejissor Vera Qlaqolevanın “Bir müharibə” və s. filmlər daxil edilib.
   Müsabiqədə iştirak etmək üçün 67 ölkədən 399 kinolent (167 bədii, 138 sənədli və 94 qısametrajlı) təqdim olunub.
   Rusiya, Almaniya, ABŞ, Sloveniya, Türkiyə, Livan, Avstriya, Konqo, Mali, Nigeriya, Şri-Lanka, CAR, İran, Sudan və s. öz filmlərini təqdim edən ölkələr arasında yer alıb.
   Müsabiqənin müsiflər heyətinə Almaniyadan olan kinoşünas və tənqidçi Hans Yoahim Şleqel, rusiyalı Sergey Lavrentev, “Rossiya" telekanalında “Müsəlmanlar” proqramına rəhbərlik edən Vasili Antipov, Hindistandan olan rejissor, sənədli filmlər üzrə mütəxəssis İnqrid Demeç, misirli kinorejissor Şərif əl-Bandari, hindistanlı jurnalist Umma Daquan daxil edilib.
   Müsabiqəyə təşkilatçılığı Rusiyanın Müftilər Şurası, Tatarıstanın Mədəniyyət Nazirliyi, Rusiyanın İslam Mədəniyyət Mərkəzi və “İslam dünyası” televiziya şirkəti edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar