Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən “Koramal” filmi Serbiyada keçirilən VIII “Dokufest” film festivalından mükafatla qayıdıb. Sözügedən film 2008-cu ildə “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biri idi.
“Koramal” filmi “Beynəlxalq qısametrajlı filmlər” bölməsində 30 film sırasında fərqlənərək festivalın “Special Mention” xüsusi mükafatına layiq görülüb. Balkanların qədim şəhəri Prizrendə keçirilən festivala dünyanın 30-dan çox ölkəsi qatılıb. “EXA prodakşn”ın istehsalı olan bu filmin ssenari müəllifləri və quruluşçu rejissorları Xəyyam Abdullayevlə Elməddin Alıyev, operatoru Rövşən Quliyev, rəssamı Nərminə Novruzovadır. Filmdə İlqar Cahangirov, İdris Rüstəmov, Kazım Abdullayev çəkiliblər. Xəyyam Abdullayev və Elməddin Alıyevın prodüseri olduğu “Koramal”ın beynəlxalq kino aləmində qazandığı növbəti uğurudur. Film bundan əvvəl Latviyanın paytaxtı Riqa şəhərində keçirilən 14-cü ANNAS beynəlxalq film festivalında mükafata layiq görülüb.
İntiqam