Çoxları ona alman kinosunu dirçəldəcək rejissor kimi baxırdı. Lakin rejissor nizamsız homoseksual əlaqələr və kokainlə zəngin bir həyat yaşayırdı. Fassbinder 36 yaşında kokainin yüksək dozasından dünyasını dəyişib.
  
   31 may 1945-ci ildə doğulub.
   10 iyun 1982-ci ildə vəfat edib.
   Rayner Verner Fassbinder - çox məhsuldar alman rejissoru, teatr, kino və televiziya ssenaristidir. 20 yaşında qısametrajlı həvəskar filmləri çəkməyə başlayıb. Gənc yaşlarında "Antiteatr" truppasını yaradıb. 19 yaşında yazdığı ilk "Qaynar daşların üstündə damcılar" pyesini "psevdofaciəvi sonluqlu komediya" kimi xarakterizə edib. Pyesdə müxtəlif yaşlı, bir-birinə meyilli iki kişinin əhvalatı danışılır... Sağlığında Fassbinder bu pyesinin adını nadir hallarda çəkirdi. Fassbinder beynəlxalq məşhurluğu "Dörd fəsil taciri", "Petra Fon Kantın acı göz yaşları", "Mariya Braunun evliliyi", "Veronika Fossun həsrəti" filmləriylə qazanıb. Onun qeyri-adi istedadı dərhal tənqidçilər tərəfindən qiymətləndirilmişdi.
  
   Fassbinderin məşhur aforizmi: "Sevgi yoxdur.
   Yalnız sevmək imkanı var"

  
   1999-cu ildə fransız rejissoru Fransua Ozon Fassbinderin unudulmuş "Qaynar qayalarda yağış damcıları" pyesinin motivləri əsasında film çəkdi.
   Qarşılıqlı münasibətdə olan adamların bir-birini idarə etmək cəhdi təsadüfən filmin başlıca mövzusuna çevrilməyib. Fassbinder üçün bu mövzu, həmişə əlçatmaz məhəbbətə ideal canatma mövzusu ilə paralel birinci yerdə dayanıb. Alman rejissorunu özünün ustadlarından biri adlandıran Ozon intervyüdə etiraf edib: "Mənə onlara nifrət edən və ya rədd edən şəxsləri sevən insanlar haqqında film çəkmək maraqlıdır".
   "Qaynar qayalarda yağış damcıları" filmində Fassbinderin pyesi ilə uyğunsuzluqlar var. Fassbinderdən fərqli olaraq, Ozon filmə cinsin dəyişdirilməsi motivini daxil edib.
   Fransua Ozonun filmi haqqında dedikləri:
   - Niyə sizin filminizdə Vera rolunu qadın oynayır?
   - Prosedur həmişəki kimi idi - kastinq. Anna Tompsonun zahiri görünüşü məni təsirləndirdi. Zənnimcə, o, transseksual rolunun öhdəsindən bacarıqla gəlib. Yeri gəlmişkən, Anna Tompsonu tanımayanlar Veranı qadın oynadığını hiss eləmirlər.
   - Sizin köhnə rejissorlara münasibətinizdə nostalgiya və yalan arasındakı sərhəddi seçmək qeyri - mümkündür.
   - Məncə, indi yeni nə isə kəşf etməyin vaxtı deyil. Biz postmodernizm əsrində yaşayırıq. Mənə sintez eləmək maraqlıdır.
   - Fransız və ingilis mədəniyyəti arasında müəyyən gərginlik, çəkişmə mövcuddur.
   - Mən bu fikirlə razıyam. Hətta məişət səviyyəsində də almanlara qarşı soyuqluq hiss olunur. Hələ də onlara saqqız çeynəyən turist - nasistlər kimi baxırlar. Ancaq məhz, bu gərginlik mənim üçün, vacibdir. Mən Fassbinderin əsərini ekranlaşdırmaq istəyəndə fransız olmağımla bağlı yaranan uyğunsuzluqlar xüsusi əhəmiyyət kəsb eləməyə başlayır. Əgər siz pyesi oxusanız, filmdən çox fərqləndiyini görəcəksiniz. Kinoadaptasiya orijinala bənzəməməlidir. Bu onun dəyərini artırır.
    - Və son sual. XX əsrin qiymətləndirilməmiş rejissoru?
   - Fassbinder.
  
   İntiqam







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar