Bu «Toz» filmindədir

   «Toz» filmi Böyük Rusiyanın kürəyinə minlərlə xəncər, konseptual maneralı pamflet, Triyerə, Çemberlenə və türk sultanına russayağı cavabdır. Bir sözlə, xuliqancasına bir çıxış.
  
   Gənc fəhlə Lyoşa zavodda oyuncaq tapança düzəldir. O, əlaqədar orqanların birindən maraqlı təklif alır: məğzi açıqlanmayan eksperimentdə iştirak etmək. Kök, tənbəl Lyoşa, kim bilir, nəyə görə təkliflə razılaşır. Ümumiyyətlə, Lyoşa çox maraqlı tipdir; fikri yox, arzusu yox, sözü yox. Bircə danışqan nənəsi var, lap «Exo Moskva» kimi danışqan. Səhər yeməyinə sosiskası var, bir də əbədiyyəti qısaltmaq üçün təyyarə modelləri...
   Lyoşa elmi zirzəmiyə düşür. Bu elmi tədqiqat institutu kimi bir yerdir. O, 10 min manat pula və 3 istirahət gününə görə özünü elm naminə və vətənin müdafiəsinə qurban verir. Ona görə «qurban verir» deyirik ki, eksperimentdən sonra Lyoşanın bütün həyatı cəhənnəmə dönür. Sirli maşında oturan Lyoşa bir anlığa atlet bədəninə yiyələnir və bu bir an onun həyatının ən gözəl, ən mənalı anı olur. Bundan sonra onun bütün hərəkət və fikirləri o arzuya köklənir ki, həmin gözəl bədənə bir daha malik olsun. Filmin videoya çəkilməsi gözəlləşdirməkdən başqa həm də, ona əlavə bir forma verir. Videokamerada şeytanın yaşamasını Triyer «Blerli ifritə» filmində göstərə bilmişdi. Bu formatın özəlliyi ondadır ki, videogörüntü operativ-istintaq tədbirlərini, ev monitorlarını, polislərin izləmə nöqtələrini, «Baş prokurora oxşayan adam»ı və s. bu kimi sarsaq süjetləri xatırladır, amansız dəqiqliklə gündəlik həyatı fiksə edir. «Toz»dan ötrü ən uyğun variant.
   Filmin rejissoru Sergey Loban bu uyğunluqdan məharətlə bəhrələnir, faydalanır. Kameranın «qırpılmayan» gözlərinə tabe olan Lyoşa da dəyişir, pan-baron olur, Viktor Qernomirdinə dönür, öz qəribəlikləri ilə çağdaş dünyamızın, demək olar ki, bütün folklor personajları ilə üz-üzə gəlir- «keqebeşnik»lərlə, banditlərlə, hüquq müdafiəçiləri ilə, «sexovşik»lərlə, sektantlarla, qafqazlılarla, Moskvanın bahalı fan-klublarında əylənən liberal ziyalılarala və s. və i.ə. Bir neçə vaxt ərzində, adam elə gəlir ki, bu ironiyalı reaksiya mövcud ideologiya və «paralel kino»nun uğurunun istifadəsi adlı şəhər əfsanəsindən ibarətdir. Ötüb keçən böyük anların qüssəsi, hakimiyyətin, banditlərin və kim tənbəllik eləmirsə onun aydın görməsi, başa düşməsi gərəkir. Bu mənada, «Toz», əlbəttə, «Brat-3» deməkdir.
   Ekranda Akaki Akakiyevi görünməyə başlayır, rus klassik ədəbiyyatının «qəddar» kölgəsi görünür. Lakin rejissor Sergey Loban, ssenarist Marina Potopova və operator Dmitri Model aktuallıq tələsindən çıxa bildilər və Lyoşanı da xilas edib arxalarınca apardılar. Lyoşa - insanlığın sıfır dərəcəsi, sözsüz-kəlməsiz mövcudiyyət, dəhşətli bir varlığı yaradır. Və özünün ziqzaqlı yoluyla irəliləyərək, hər şeyi sıfır vəziyyətinə gətirir, nəyə toxunursa sıfırlaşdırır. Lyoşanın qarşısında tab gətirən yeganə insan - həmin sirli maşını yaradan həkimdir. Həmin həkimi oynayan isə Pyotr Mamonovdur. Bu filmə baxmaq üçün kifayət qədər yetərli səbəbdir.
   Mamonovun teatrdakı fəaliyyətini xatırladan monoloqu hər şeyi yerbəyer edir, filmi pamflet çərçivəsindən çıxarır.
   Yeri gəlmişkən, bütün bunlar hələ hamısı deyil. Final titrləri «Biz dəyişiklik gözləyirik» mahnısının həyəcan dolu melodiyası altında gedir.
  
   Rəfail