Xalq yazıçısı Elçin Əfəndiyevin savaş, səfalət və böyük eşqi tərənnüm edən “Mahmud və Məryəm” adlı kitabı Türkiyədə bədii rəhbər Sevda Kayqısız tərəfindən bəyaz pərdəyə gətiriləcək.
   Türkiyə mətbuatının yaydığı xəbərə görə, film Türkiyədə fantastik türk filmi olma xüsusiyyətinə sahib olacaq. Çaldıran döyüşü dövründən bəhs edən “Mahmud və Məryəm” adlı kitab önümüzdəki il nümayişə çıxacaq. 1500-cü illərdə Çaldıran döyüşü dönəmində məhəbbəti uğrunda çöllərə düşən padşah oğlu Mahmudun bu səfər sırasında rastlaşdığı hadisələr, gördükləri filmoqrafiyada bütünləşərək bəyaz pərdəyə köçürüləcək. Film Qars, Azərbaycan və Ərzurumda çəkiləcək. Yanvar ayından hazırlıqlar başlanacaq. Filmin sınaq çəkilişləri gələn ilin may ayında reallaşacaq. 2010-cu ilin dekabrında nümayiş olunması gözlənilən layihə beynəlxalq platformada yer alacaq.
   Ekran əsərində azərbaycanlı və türk aktyorları rol alacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar