Bugünlərdə məşhur sovet animasiya filmlərinin rejissor və animatorları, o cümlədən Eduard Nazarov və Vladimir Zuykov (“Vinni-Pux”), Leonid Şvartsman (“Çeburaşka”) hesab edirlər ki, “Soyuzmultfilm” kinostudiyasının “Fancy” şirkəti ilə sovet multfilmlərində canlandırılan obrazlardan istifadə olunma yolu ilə oyuncaq istehsal etməyə dair bağladığı müqavilə qanunsuzdur.
   Rəssamlar bildirirlər ki, multfilmlərdə yaradılan personajlardan yalnız onların istifadə etmək hüquqları var. Onlar bu barədə “Soyuzmultfilm”ə məktub da yazıblar. Məktubda bildirilir ki, bu etirazlar nəzərə alınmasa, yaxın vaxtlarda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də onların mövqeyindən agah olacaq.
   Qeyd edək ki, məktub 15 rejissor və animator tərəfindən göndərilib.
   Xatırladaq ki, “Soyuzmultfilm” bu ilin yayında “Fancy” şirkətiylə Sovet animasiya filmlərinin məşhur personajlarını (“Nu, poqodi!”, “Vinni-Pux”, “38 popuqaev”) əks etdirən oyuncaqların istehsalı və Rusiya və MDB məkanında yayılması üzrə eksklüziv müqavilə imzalayıb.
   Adıçəkilən personajları əks etdirən oyuncaqların satış hüququnun “Fancy” şirəktinə verilməsinədək, Rusiyada belə oyuncaqlar ya piratçılıq yolu ilə istehsal olunurdu, ya da onların istehsalçıları birbaşa müəlliflərlə müqavilə imzalayırdı.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar