Azərbaycanın tanınmış şairi Zəlimxan Yaqubun 60 illik yubileyinə həsr olunmuş “Dədələr yolu” filmi artıq özünün səsləndirmə prosesini yaşayır. Bunu filmin ən son durumu haqda məlumat verən rejissor Tofiq Məmmədovun sözlərinə əsasən deyə bilirik. Montaj prosesi bitmək üzrədir. Hazırda filmin səsləndirilməsi ilə bağlı ciddi iş prosesi gedir. Təxminən 50 dəqiqə davam edəcək film portret janrındadır. Çəkilişlər Azərbaycan, Dağıstan, Özbəkistan, Qırğızıstanda aparılıb. Məqsədimiz Zəlimxan Yaqubu bütün türk dünyasının şairi olduğunu göstərməkdir.
“Filmdə şairin tərcümeyi-halına az yer verilib. Çünki biz əsas olaraq tamaşaçıya onun poeziya aləmini, şeir dünyasını çatdırmaq, Zəlimxan ruhunu duyurmaq istəmişik. Film demək olar ki, onun şeiriyyəti üzərində qurulub”.
Qeyd edək ki, filmin operatoru Elxan Rüstəmov, icraçı prodüseri isə Kamil Məmmədovdur.