Qonaqlı-qaralı Bakımızın bu həftəki qonaqları Mərakeş kinematoqrafçıları oldu. 16-18 oktyabrda Mərakeşin mədəniyyəti ilə tanış olduq.
   Mərakeş filmlərinə baxış keçirildi. Tədbiri kinorejissor Cəmil Quliyev açıq elan edərək, iştirakları və media işçilərini filmə baxmağa dəvət etdi. Öncə “Baxış”, sonra isə “Susuzluq” filmlərinin təqdimatı oldu.
   “Baxış” filmi gənc bir fotoqrafın müharibə dövründə çəkdiyi şəkillərin məsuliyyətini daşıdığından, onun necə peşmançılıq və nigarançılıq hissi keçirdiyindən bəhs edir. “Susuzluq” filmində isə bir gəncin azadlıq uğrunda apardığı mübarizədən söhbət açılır. Maraqlı süjet xətti olan bu filmləri seyr etdikdən sonra təəssüratlarımızı kinorejissor Cəmil Quliyevlə bölüşdük. Öyrəndik ki, Mərakeş kinosu Afrika qitəsinin ən qədim kinematoqraflarından biridir. «Onun yaranma tarixi 1897-ci ilə təsadüf edir. Orada ilk çəkilişlər Lümer qardaşlarının operatorları tərəfindən çəkilib. Daha sonra isə xarici şirkətlər fəaliyyət göstərməyə başlayıb. Orada yerli filmlər o qədər də çox çəkilmirdi. 1948-ci ildə Mərakeşdə milli kinematoqrafiya məktəbi yarandı. “Susi” adlı studiya açıldı və ondan sonra milli kinolar çəkməyə başladılar.
   Ümumiyyətlə, Mərakeş kinematoqrafiyası öz çəkiliş meydanlarını əsasən xarici ölkələrin kinostudiyalarına verir. Mərakeş təbiəti çox zəngindir və orada müxtəlif natura çəkilişləri aparmaq olar. Xatırlatmaq istərdim ki, məşhur “Terminator”, “Kasablanka”, eyni zamanda “Mumiya” filmləri Mərakeşdə çəkilib.
   “Ümumiyyətlə, bizim tamaşaçı üçün Mərakeş filmləri çox maraqlı olardı. Azərbaycan tamaşaçısının, xüsusilə gənc nəslin Mərakeş filmlərindən xəbəri yoxdur. Ona görə də müxtəlif ərəb ölkələrinin kinematoqrafiyası ilə tanış olmaq, onların nümayəndələrinin filmlərinə baxmaq, məncə, məqsədəuyğun olardı və belə tədbirləri alqışlayırıq”.
   
   Ülkər RƏHMANQIZI






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar