“İmper Qrup” Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi Avropanın nüfuzlu “Euroshorts 2009” beynəlxalq kinofestivalında Azərbaycanı təmsil edəcək. Mərkəzdən verilən məlumata görə, festivalda 19 ölkənin müxtəlif janrlarda 58 filmi mükafatlar uğrunda mübarizə aparacaq.
   Məlumatda bildirilir ki, postsovet ölkələri arasında Azərbaycan “Euroshorts 2009” kinofestivalında təmsil olunan yeganə ölkədir. Festival noyabrın 13-də Polşanın paytaxtı Varşava şəhərində start götürüb və ilin sonunadək Avropa İttifaqına daxil olan 25 ölkənin iri şəhərlərini gəzəcək. Tədbirdə Azərbaycanla yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, Polşa, Çexiya, Slovakiya, Rumıniya və digər ölkələrin filmləri nümayiş olunacaq. Ölkəmizi bu festivalda təmsil edəcək “Bir addım” filmi 2009-cu ildə “İmper Qrup” Prodüser Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran-2008” müsabiqəsinin qalib kino layihəsi kimi istehsal olunub. Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyev, prodüserləri isə Fariz Əhmədov və Rəşad Qasımovdur. Filmin bədii rəhbəri əməkdar incəsənət xadimi Cəmil Quliyevdir. Filmdə baş rollara Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova çəkiliblər.
   Qeyd edək ki, 2008-ci ildə təşkil olunan “Euroshorts” kinofestivalının 1 milyona yaxın tamaşaçısı olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar