Bursa Böyükşəhər Bələdiyyəsi Mədəniyyət Mərkəzi və “İstanbul” təşkilatının rəhbərliyi ilə bu il 4-cü dəfə təşkil edilən Beynəlxalq Bursa İpək Yolu Film Festivalı noyabrın 14-dən 22-dək davam edəcək. Həmişə olduğu kimi bu il də festival fərqli bir mövzu “Kino və memarlıq” ilə tamaşaçıların görüşünə gələcək. Maraqlı film proqramı, kino kursları ilə bir çox ölkələrin diqqətini cəlb etmiş İpək Yolu Film Festivalının bu il 9 gün davam etdirilməsi planlaşdırılıb.Festivalın proqramında məşhur rejissorların gözlənilən filmləri ilə yanaşı, gənc rejissorların da ilk işləri təqdim ediləcək. 45 ölkədən 140 bədii tammetrajlı və qısametrajlı, sənədli filmlərin nümayişi nəzərdə tutulur. Kann, Berlin, Venesiya və Karlovi Vari kimi kino dünyasının prestijli festivallarında böyük tamaşaçı rəğbəti qazanan Ken Loach, Jane Campion, Sally Potter, Voody Allen, Costa Gavras və Theo Angelopoulos kimi dünya kinosunun böyük rejissorlarının son filmləri festivalın “Panorama” hissəsində tamaşaçılara göstəriləcək. Sənədli filmlər isə tamaşaçılar üçün “Həqiqəti söyləmək lazım olsa” başlığı altında nümayiş etdiriləcək. İpək Yolu Film Festivalında 400-ə yaxın yerli və xarici aktyor, rejissor, prodüser, ssenarist, mətbuat nümayəndələrinin qarşısına çıxacaq. Festivalın münsiflər heyətində Əli Sönməz, türk kinosunun ən məşhur aktyorlarından olan İzzət Günay, prodüser Lalə və Nəcib Sarıçılar iştirak edəcəklər. Filmlər 4 kinozalda nümayiş olunacaq. Uşaq filmləri ödənişsiz nümayiş etdiriləcək. Festivalın bilet qiymətləri bu il maliyyə böhranına görə bir qədər ucuzlaşdırılmalıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar