Bugünlərdə Kino Evində “Ruslar müharibə istəyirmi?” adlı sənədli film nümayiş etdirilib. “Ruslar müharibə istəyirmi?” məşhur rus mahnısının sözlərinə uyğun olaraq rejissor Ziya Şıxlinski filmini belə adlandırıb. Bu sual hər faciəli epizoddan sonra filmdə ordu xorunun ifasında nəqarat kimi təkrar olunur. Əlbəttə ki, bu ritorik sualdır. 13 dəqiqəlik qısametrajlı film 1990-cı ildə çəkilib. 20 Yanvar faciəsinə həsr olunan filmdə kadrarxası mətndən istifadə olunmayıb. Filmdə Bakı ilə yanaşı, Budapeşt, Novosibirsk, Praqa, Əfqanıstan, Almatı və Tiflisdə baş verən analoji hadisələr də əksini tapıb.
   Filmin adı milli deyil, coğrafi xarakter daşıyır. Müəllifin fikrincə, filmin əsas ana xətti belədir: bu və ya digər xalqa öz yaşayış tərzini, baxışlarını, öz rejimini zorla qəbul etdirmək mənəviyyatsızlıqdır. Onun azadlıq və müstəqillik əzmini sındırmaq kimi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar