Bugünlərdə Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) 20 Yanvar hadisələrinin 20-ci ildönümü ilə əlaqədar “20 Yanvar” və “Qaçqınlar” filmlərinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə açaraq 20 Yanvar faciəsindən bəhs edib. Daha sonra filmlər haqqında məlumat verən ittifaq sədri bildirib ki, “20 Yanvar” filmi bir çox xarici ölkələrdə nümayiş olunub: “20 Yanvar” filminin çəkilişlərinə qadağa qoyulmasına baxmayaraq film 1990-cı ilin oktyabr ayında ərsəyə gəlib. Film 1 saat 20 dəqiqədən ibarətdir”.
Məlumat üçün bildirək ki, nümayiş olunan hər iki filmin rejissoru Cahangir Zeynallıdır.
Turan
Məlumat üçün bildirək ki, nümayiş olunan hər iki filmin rejissoru Cahangir Zeynallıdır.
Turan