Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan ailəsi - 2010” adlı kino festivalına start verildi. Tədbiri komitənin əməkdaşı Aynur Sofiyeva açaraq, ötən il keçirlən birinci “Azərbaycan ailəsi” festivalından söz açdı. Festivalın əhəmiyyətindən danışan nümayəndə bildirdi ki, bu festival həm kino, həm də respublikamızda ailə problemlərinin işıqlandırılması baxımından ictimaiyyət tərəfindən maraqla qarşılanır. Aynur xanım gənc rejissorların bu festivalda ötən il yüksək səviyyədə iştirak etdiyini bildirərək, bu il də təşkilatçıların onlardan maraqlı filmlər gözlədiklərini vurğuladı. Sonra söz Kinematoqrafçılar İttifaqının katibi, Dövlət Film Fondunun direktoru, rejissor Cəmil Quliyevə verildi. O da festivalın əhəmiyyətindən danışaraq, gəncləri bu müsabiqədə yaxından iştirak etməyə çağırdı. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya Şöbəsinin sektor müdiri Yusif Şeyxov da festivalın yüksək səviyyədə keçəcəyinə inandığını bildirdi. Festivalda iştirak edəcək gənclərə uğurlar arzulayaraq çıxışını bitirdi. Tədbirin sonunda festivalın təqdimat çarxı nümayiş etdirildi.
   Qeyd edək ki, bu il də festival Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birlikdə “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” və BMT-nin Əhali Fondunun Norveç hökuməti ilə birgə həyata keçirdiyi “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihələrinin dəstəyi ilə keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar