«Üç meymun» üzərində düşünərkən
   
   Yoksulluk, aşk ve ihanet gibi temaların etrafında dönen «Üç Maymun»da, çaresizce verilmiş bir kararın; domino taşı misali anne, baba ve oğuldan oluşan çekirdek aile üzerindeki etkilerini anlatıyor. Yani bu kez olaylar örgüsünü düğümlemiş gibi görünse de, yine kendi imzasını atarak insanlık hallerini önemsiyor.
   
   «Beni sinemaya zorlayan, daha çok, duyumsadığım ya da gözlemedigim hayatla sinemada gördügün hayat arasında var olduğunu hissettiğim oransızlık oldu herhalde»
   Nuri Bilge Ceylan
   
   
   O, Kann Film Festivalını ilk dəfə deyildi ziyarət edirdi. Bundan əvvəl «Uzaq», «Barama» filmləri ilə Fransaya baş çəkib qayıtmışdı. Üstəlik, mükafat da qazanmışdı. Amma 2008-ci ildə «Üç meymun» filmi ilə «ən yaxşı rejissor» siyahısına bir türkün adını yaza bildi. Bir ara onun çəkdiyi filmlər haqqında böyük bir yazı hazırlamağa qərar verdim. Amma həmin filmləri izlədikdən sonra....Qəribə aurası olan bu ekran əsərləri haqqında yazacağım materialı gecikdirməkdə həmin filmləri günahkar sayıram («Kasaba», «Mayıs sıkıntısı», «Uzaq»). İnanmırsınızsa, gedin izləyin...
   
   
   Türkiyə mətbuatından əldə etdiyimiz bu müsahibənin oxucular üçün maraqlı olacağına inanırıq.
   
   - Türkiyədə medianın əsas səhifələrinin bir mövzusu var «Üç meymun»un ssenarisinin yaranması necə oldu?
   - Çox xatırlamıram, amma bir qəzet xəbəri də ola bilər. Ebru (Ceylan) ilə üzərində işləyərkən ortaya çıxdı. Ssenarinin işlənmə mərhələsi o qədər xaotik idi ki, hətta araya tamam başqa mətləblər də girmişdi. Amma bunlar illərdir arxasınca qaçdığım mövzulardır. Elə situasiyalar var ki, bunlar gerçəkdən başımıza gəlmədikcə necə reaksiya verəcəyimiz bəlli deyil.
   Ebru, «İqlimlər»in ssenarisi üzərində işləyərkən həyati detallarlarıyla məni çaşdırmışdı. Bu dəfə onunla daha peşəkar şəkildə çalışmaq istədim. İlk müzakirəmizdə - qış mövsümündə Ebru ilə Kaz dağlarında bir hotelə qapanıb yetərincə çalışdıq. Bu dəfə ssenarinin yaranması əvvəlki filmlərimə görə bir az daha qarışıq idi. Detallara diqqət etmək vacib idi. Az müddətdən sonra axşam yeməklərində əyləncəli söhbətlər etdiyimiz, dostumuz Ercan Kesal da aramıza qatıldı. Ercanın əvvəllər ssenari yazmağı olmamışdı. Amma ortaq Çexov sevgimiz onu da bu işə qatdı.
   Üç kişi hər gün bir araya gəldik və beyin fırtınası yapdıq. Amma bunu da söyləməliyəm ki, bu ssenarinin əsl memarı Ebrudur. Gerçəkdən məni və Ercanı çox çaşdıran bir performans göstərdi. Filmin açar səhnələrində kilitləndiyimiz sıralarda möcüzəli çözümlər tapırdı. 
   - «Üç meymun»u da bir müəllif filmi saysaq, burada qara film və melodram elementlərinə də rast gəlmək olar....Bu film filmoqrafiyanızın harasında dayanır?
   - Bilmrəm. Bunlar kənardan baxdıqca asan görünənlərdir. Dolayısıyla bu filmdə daha çox araşdırma yapmaq, daha çox müzakirə aparmaq lazımdı. Amma inandırıcı melodramı sevirəm.
   - Filmdən də anlaşıldığı kimi, pisliyin ardındaki nədəni anlamaya çalışırsınız.
   - İnsanın təbiətini anlamağa çalışıram. İçimizdəki pisliyə qarşı marağım var. Bəlkə də içimdəki qaranlıq məni də qorxutduğu üçün. Pisliyi tanımayan bir insan gerçəkdən yaxşı ola bilməz. Ssenarini yazarkən, çəkiliş vaxtı xarakterlərimin içlərindəki qaranlıq, pis tərəfləri, qara nöqtələri ortaya çıxarmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışmışam. Yaxşı və pisin hər xarakterdə bir arada olması və bunun əksi....
   - Filmdə bu ailənin həm də cəmiyyətdən uzaqlaşmış bir yaşam tərzi var...
   - Bəli. Bu ailə üçün, dünyada sanki onlardan başqa heç kimsə yaşamırmış kimi, bir dünya yaratmaq istədim. Onlar üçün yaradılmış spesifik, özəl bir dünya. Daha filmi yazarkən bu dörd xarakter kənarında kimsənin üzünü göstərməyəcək şəkildə filmi çəkə bilərəmmi deyə düşünürdüm. Və çəkilişin müəyyən hissəsinə qədər belə etdim. Bu tempi saxlamaq üçün rənglərdən də istifadə etdim. Amma yenə də əmin olmadığım və qorxduğum üçün təbii ki, əlavə çəkilişlər də etdik. Amma montajda belə qərara gəldim ki, bu formanı işlətməyim.
   - Amma, nədənsə, hər şeyin günahkarı elə bil qadın görünür?
   - Bəlkə də. Amma qadın da birinə tutulmaq kimi başqa bir durumda son dərəcə məsum görünə biləcək işlər çevirir. Qarısını tam da günahlandırmır. Bəlkə onu yalnız buraxmayaydım- deyə düşünür. Sonda qarısını sevdiyini və onsuz yaşamağın anlamsızlığını dərindən duyan Eyup, onu əfv etməsi üçün mümkün bir forma düşünür. Hadisənin başqaları tərəfindən bilinməməsi səbəbiylə kütləvi qınağa məruz qalmayacağını və günahkarın artıq öldürüldüyünü fikirləşərək, arvadını əfv etmək gücünü tapa bilir. Çünki qarısını itirməməyin tək yolu yenə də onu əfv etməsindən keçir. Qadının, blöf olaraq intihar cəhdi, ərinin onu bağışlaması üçün bir fürsətdir. O da bu fürsətdən istifadə edir. Bu intihar cəhdi sanki qarısının əməlinin peşmançılığını ödəmiş kimi qəbul edilir.
   Bu durum Eyupun gürurunu ayaqlar altına almadan arvadını əfv etməsinə zəmin verir. Bəlkə də, ödənən bunca əvəzdən sonra, artıq bu ailə daha həqiqi bir həyata qovuşa bilər.
   - Qadının melodramatik şəkildə yalnız bir duruşu var. Amma kişilər bütün xətalarına rəğmən işin içindən sıyrılıb çıxmış kimi görünürlər, yanılmıram ki?
   - Bu, göstərilənləri necə qəbul etməyinizdən asılıdır. Məsələn, oğlan, bəlkə, maşına sahib olmaq uğruna, bəlkə içində baş vermiş hadisəyə müdaxilə edəcək gücü tapa bilmədiyi üçün özünü şahid kimi aparmır və atasına olanları demir. Sadəcə atasının halına acıyır və özünün suçluluq duyğusuyla mücadilə edir. Patron isə seçkilərdə uduzduğu və dostları tərəfindən aşağılanmasının intiqamını onun üçün həbsə girmiş birinin arvadını yoldan çıxararaq alır. İçində oyanan şiddəti ancaq bu yolla dindirə bilir. Sözsüz ki, sonda da işin içindən heç də uğurlu şəkildə çıxdığını deyə bilmərik. Fədakarlıq etmiş kimi görünən Eyupun eqoist olduğunu düşünə bilərik. Necə anladığınızdan asıldır. Əfv etmənin şərəfli bir hərəkət olduğunu izah etmək zorunda deyilik. Həyat yoldaşı olmadan yaşaya bilməyəcəyini duyan kişi, özü acı çəkməmək üçün onu əfv etmək zorunda qalır deyə də düşünə bilərik. Öncə yoldaşı intihar edərsə bütün məsələlər çözüləcəkmiş kimi, gəlir ona. Amma həqiqətlə üzləşdikdə bu hadisədən təmiz çıxmayacağını hiss edərək, onu əfv etməyi qərara alır. Bunu arvadı ve ailəsini qurtarmaq istəyi imlə izah etmək fikrində deyilik.
   - Ölən kiçik oğulun bir ananın yox, atanın gözlərinə görünməsinin necə izah etmək olar?
   - O kadrları da çəkmişdik. Amma montajda işlətmədim. Uşağın ölümüylə əlaqədar suçluluğu ancaq duyanların görməsini istədim. Oğlan dənizdə boğulanda qardaşı ilə bərabər olub. Ata isə hər hadisədə özünü cavabdeh tutan bir şəxs kimi göründüyü üçün, ümid edirəm ki, bu situasiya sonradan anlaşılır. Bunu ananın uşağa sevgisizliyi şəklində yozmaq doğru olmaz.
   
   Hazırladı: Fehruz







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar