“Salnamə” sənədli filmlər studiyasından verilən məlumata görə, sovetlər dönəmində öz kəşfləri, ixtiraları ilə tanınan alim-akademik Abdulla Qarayevdən bəhs edən sənədli film yaxın vaxtlarda təhvil veriləcək. Ssenari müəllifi İlham Tumas, rejissoru Tahir Əliyev, operatoru Rüfət Süleymanov olan film artıq montaj prosesindədir.   

   Milli qəhrəmanlar «Salnamə»yə köçürülür
   
   Milli qəhrəmanlar silsiləsindən iki filmin hazırlıq işləri aparılır. Ssenari müəllifi Rəfiqə Məsud, rejissoru Tofiq Məmmədov, operatoru Elşən Həsənoğlu olan sənədli film, milli qəhrəman Koroğlu Rəhimovun həyatından bəhs edir.
   İlham Tumasın ssenarisi əsasında, Vüsalə Mirzəyevanın quruluş verəcəyi Milli qəhrəman Şirin Mirzəyevdən bəhs edəcək filmin çəkilişləri gələn ay başlayacaq.  

   «Salnamə» və «Lennauçfilm» birgə film işləyəcək
   
   Yaxın aylarda gerçəkləşəcək növbəti film isə «Salnamə» sənədli filmlər studiyası və Rusiyanın “Lennauçfilm” studiyası ilə birlikdə çəkəcəyi “Sankt-Peterburqda xəzri” filmi olacaq. Ekran əsərinin ssenari müəllifi Rusiyanın Xalq artisti Valentina İvanovna Qurkalenka, rejissoru Tahir Əliyevdir. Yaradıcılıq və mövzu baxımından birgə layihə olacaq filmin hazırlıq işləri aparılır. Rejissorun bildirdiyinə görə, gələn aydan filmin çəkilişlərinə start veriləcək.
   
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar