“Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmiri olduqca böyük maliyyə tələb edən bir layihədir. Ancaq biz bu işi gələcək üçün planlaşdırırıq”. Bu barədə jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.
   Nazir bildirib ki, kinostudiyada işlər “Nizami” kinoteatrının əsaslı təmirindən sonra başlanacaq: “Hazırda Azərbaycanın ən böyük görkəmli kino mərkəzi olan “Nizami” kinoteatrı bərpa olunmaqdadır. İlin sonu üçün sözügedən kinoteatrı beynəlxalq səviyyədə kinofestival kompleksinə çevrilməsinə nail olacağıq. Bu da Azərbaycan kinosu üçün böyük töhfə olacaq. Hesab edirəm ki, “Nizami” kinoteatrı təhvil verildikdən sonra dövlətin maliyyəsi artıq Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının əsaslı təmirinə yönələcək».
   Nazir qeyd edib ki, artıq kinostudiyada bir sıra xırda işlər görülüb: «Ancaq istəyimiz odur ki, kinostudiya ən müasir formada təmir olunsun və ən mükəmməl texnologiya ilə təmin olunsun. Elə edəcəyik ki, burada çəkilən filmlər heç də dünya ölkələrində çəkilən ən qabaqcıl filmlərdən geri qalmasın”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar