Aprelin 7-də Əzizbəyov rayon Mədəniyyət Evində “Salnamə” sənədli filmlər studiyasının Heydər Əliyev Fondu ilə birgə istehsal etdiyi “İz...Qala” sənədli filminin təqdimatı keçirildi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin aparıcı məsləhətçisi Almaz Sultanzadə, millət vəkilləri Qənirə Paşayeva, Rauf Əliyev və digər qonaqlar iştirak edirdi. Almaz Sultanzadə son zamanlar kino sahəsində aparılan işlərin təqdirəlayiq olduğunu qeyd etdi: “Azərbaycan kino tarixinə nəzər salsaq, Bakı kəndləri ilə bağlı o qədər də çox film olmadığını görərik. Biz çox şadıq ki, “Salnamə” sənədli filmlər studiyasında Qala kəndi haqqında sənədli film çəkildi. İnanırıq ki, bu film öz qiymətini alacaq və gələcəkdə beynəlxalq festivallarda yer tutacaqdır”.
   Rejissoru Şamil Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elşən Əliyev olan film qədim Bakı kəndi Qalanın zəngin tarixindən və iki il əvvəl Heydər Əliyev Fondunun himayəsi altında Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaradılmasından bəhs edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar