Azərbaycan və İran “Geriyə sayım” adlı müştərək filmin çəkilişinə hazırlaşır. Bu barədə filmin layihəsinin icraçı rəhbəri Eyyub Daneşvər məlumat verib. Filmin ssenari müəllifi Çingiz Abdullayev, rejissoru isə Ənvər Əbluçdur. Filmdə rol alacaq iki iranlı aktyor - Məhəmmədrza Frutən və əsas rollardan birində çəkiləcək Humayun İrşadi ilə artıq müqavilə imzalanıb. Azərbaycandan da iki tanınmış aktyorun - Rasim Balayev və Fuad Poladovun filmdə çəkilməsi dəqiqləşib. Filmdə çəkilmək üçün daha 8-9 aktyor İran və Azərbaycandan seçiləcək və bu barədə müzakirələr davam etdirilir. Detektiv janrda olacaq filmin çəkilişləri aprelin sonunda Tehranda başlayacaq, daha sonra çəkilişlər Miqon və Ənzəli limanlarında çəkiləcək və Bakıda başa çatacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar