Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovun apardığı siyasətlə barışmayan bir qrup kino xadimi xüsusi bəyanatla çıxış edib. Bəyanatda tanınmış kinematoqrafçılar alternativ kino ittifaqı yaratmaq istədiklərini də vurğulayıblar.
   Narazılar arasında Rusiyanın Kinotənqidçilər Gildiyasının sədri Viktor Matizen, Rüstəm İbrahimbəyov, Eldar Ryazanov, Aleksandr Sokurov kimi məşhur insanlar da var. Eldar Ryazanov isə ittifaqda baş verənlər barəsində belə deyib: «Mən yazılanlarla razıyam. İttifaq özünü sanki kommunistlər dövründə olduğu kimi aparır. Bütün işləri gizlində görürlər». Bu bəyanatdan sonra narazılar öz istəklərini Kinematoqrafçılar İttifaqının aprelin 28-də keçiriləcək qurultayında açıq şəkildə elan edəcəklər.
   Qeyd edək ki, Nikita Mixalkov ötən ilin martında Rusiya Kinematoqrafçılar İttifaqının sədri seçilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar