Ötən həftə rejissor Şon Levin «Ağılsız görüş» komediya filmi ABŞ kinoprokatının lideri olub. Amerikada prokata çıxarılan film qısa vaxt ərzində 27,1 milyon dollar toplayaraq digər rəqiblərini geridə qoyub. Prokatda ikinci yeri 26,9 milyon dollarla «Titanların savaşı» filmi tutur. Üçüncü yerdə isə «Əjdahanı necə əhliləşdirməli» 3D animasiya filmi dayanır. Həftə ərzində film 25,3 milyon dollar toplaya bilib. Siyahının dördüncü yerini 11 milyon dollarla rejissor Tayler Perrinin «Biz nə üçün yenidən evlənirik» komediyası tutub. Nəticələr onu göstərir ki, Amerika tamaşaçısı daha çox komediya janrına üstünlük verir. Mütəxəssislər isə bu vəziyyətin ümumilikdə müasir dünya kino bazarına xas olduğunu bildirirlər. Onların fikrincə, tamaşaçılar gündəlik siyasi, iqtisadi xəbərlərdən yorularaq komediya filmləri ilə istirahət etməyə üstünlük verirlər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar