“İran və Azərbaycan qədim mədəni-tarixi, həmçinin ticarət əlaqələrinə malikdir”. İranın irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni bu açıqlama ilə Tehranda xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çıxış edib.
Nazir İranın qonşu ölkələrlə mədəniyyət sahəsində əlaqələrinin hələ arzuolunan səviyyədə olmadığını, bu xüsusda Azərbaycanla mədəni əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini bildirib.
M. Hüseyni yaxın vaxtlarda Tehranda «Azərbaycan mədəniyyəti günləri»nin keçiriləcəyini də deyib: “Bu, çox yaxşı haldır. Bu ərəfədə Azərbaycanın mədəniyyət və turizm nazirinin İrana səfəri, mədəniyyət sahəsində müxtəlif görüşlərin keçirilməsi əlaqələrin genişlənməsinin göstəricisidir”.
Nazir bildirib ki, İran və Azərbaycanın müştərək filmlər çəkməsi məsələsinə də mütəmadi baxılır: “Bir neçə birgə iş var. Hazırda detektiv janrda bir filmin çəkilişləri başlamaq üzrədir. İran tərəfi film və teleserial çəkilişində həmişə Azərbaycan kinematoqrafçıları ilə əməkdaşlıqda maraqlıdır”.