Aprelin 17-də Uşaq Kino Evində (Dövlət Film Fondu) kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi, eyni zamanda, rejissorun uşaqlar üçün çəkdiyi “Asif, Vasif, Ağasif” filminin yaradıcı heyəti ilə görüş keçirilib. Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Xalq rəssamı Rafis İsmayılov, Əməkdar jurnalist Nadejda İsmayılova, bəstəkar Ruhəngiz Qasımova və başqaları Rasim İsmayılovun kino yaradıcılığından və insani keyfiyyətlərindən söhbət açıblar.
   Qeyd olunub ki, Rasim İsmayılov 1936-cı il iyulun 13-də Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi fəaliyyətə başlayıb. O, 1977-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii film çəkib. Rasim İsmayılov 2004-cü il martın 3-də vəfat edib.
   Onun çəkdiyi “Yenilməz batalyon”, “Yaşamaq gözəldir, qardaşım”, “Torpaq. Dəniz. Od. Səma.”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Sevil”, “Babək”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud” və “Asif, Vasif, Ağasif“ filmləri bu gün də filmotekamızın «Qızıl fondu»nu bəzəyir. Dövlət Film Fondunda keçirilən tədbirin sonunda Rasim İsmayılovun uşaqlar üçün çəkdiyi “Asif, Vasif, Ağasif” filmi nümayiş etdirilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar