Tanınmış rejissor Martin Skorseze və məşhur aktyor Robert de Niro birgə film çəkməyə qərar veriblər. «İrlandiyalı» adlanacaq film dahi rejissor Federiko Fellininin «8 yarım» əsəri stilində olacaq. Bu barədə MTV kanalına müsahibəsində Robert de Nironun özü bildirib: «Bu muzdlu qatil Frenk Şirani haqqında çox adi və qorxunc hadisədir. Ssenari artıq hazırdır. Stil baxımından film Fellininin «8 yarım» və «Şirin həyat» əsərlərinə bənzəyəcək». Aktyorun sözlərinə görə, filmin birinci hissəsinin ssenarisini Stiv Zeylian hazırlasa da, ikinci hissəni «Forest Qamp» filminin ssenari müəllifi Erik Rot işləyəcək.
Amma tanınmış aktyor Skorsezenin çəkilişlərə nə vaxt başlayacağını bildirməyib.
Amma tanınmış aktyor Skorsezenin çəkilişlərə nə vaxt başlayacağını bildirməyib.