Bu barədə filmin rejissoru Ceyms Kameron bildirib: «2010-cu ilin avqust ayında film yenidən prokata çıxacaq. İndi biz filmdəki 6 dəqiqənin üzərində yenidən işləyirik. Bu işlə «Veta» şirkətinin nümayəndələri məşğul olur. Düşünürəm ki, «Avatar» filminin həmin hissələri təhvil verilənə kimi İMAX 3D kinoteatrında biletlərin hamısı satılacaq». Filmin ikinci hissəsi haqqında verilən suala cavab olaraq, rejissor bildirib ki, bu hissə haqqında artıq onların ideyası var. «İkinci hissədə Pandoranın okeanlarındakı inanılmaz həyat formalarından bəhs olunacaq». Ancaq rejissor «Avatar»ın ikinci hissəsinin prokata nə vaxt çıxacağını bildirməyib. Qeyd edək ki, bu ilin aprelin 22-dən filmin disk halında satışına başlanılıb. Noyabrda isə film əlavə materiallarla birgə disk halında tam formada satışa çıxarılacaq.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar