Kubada keçirilən 8-ci «Festival İnternasional Del Sine Pobre» film festivalında «Dərviş» prodüser mərkəzində istehsal olunmuş «Düyün» filmi «Jürinin xüsusi mükafatı»na layiq görülüb.
Bundan əvvəl film İranın «Rahmat Beynəlxalq Film Festival»ında «Ən yaxşı bədii film» və “Didor” Beynəlxalq Kinofestivalında (Tacikistan) “Ən yaxşı qısametrajlı film” nominasiyalarında qalib olub.
Qeyd edək ki, bundan əvvəl Kubanın adıçəkilən festivalında “Ev” filmi “Ən yaxşı qısametrajlı film” nominasiyasında qalib olmuşdu.
«Düyün» filminin rejissoru Əli İsa Cabbarovun söylədiyinə görə, təcrübə göstərir ki, İtaliya, İspaniya və ispandilli Latın Amerikası ölkələri Azərbaycan filmlərinə maraq göstərir.
Xatırladaq ki, “Düyün” filmi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” layihəsi çərçivəsində çəkilib. Filmin ssenari müəllifləri Asif Rüstəmov və Ramiz Fətəliyevdir. Quruluşçu operator Adil Abbasov, rəssam Əziz Məmmədov, ikinci rejissor Çingiz Həsənov, bəstəkar isə Xəyyam Mirzəzadədir. Ekran əsərində baş rollara Pərviz Məmmədrzayev və Mehriban Zəki çəkiliblər.