“Heydər Əliyev Azərbaycan kinosunu tarixi kökünə qaytardı. Milli kinomuzun dirçəliş dövrü məhz o, hakimiyyətə gələndən sonra başladı”. Bu fikirlər mayın 6-da Dövlət Film Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan «Heydər Əliyev və Azərbaycan kinosu» adlı tədbirdə səsləndi.
   

   Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu və YAP Yasamal rayon təşkilatının birgə keçirdiyi tədbirdə ulu öndərə həsr olunan fotosərginin açılışı və tanınmış rejissor Vaqif Mustafayevin dahi şəxsiyyətə həsr etdiyi “Xüsusi təyinat” sənədli filminin təqdimatı oldu.
   Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev milli kinomuzun tarixində H.Əliyevin müstəsna rol oynadığını vurğuladı: «Ulu öndərin göstərişi ilə “Babək”, “Nəsimi”, “Dədə Qorqud”, “Üzeyir ömrü” və başqa filmlər çəkildi. Filmlərimiz məhz onun rəhbərliyi dövründə SSRİ Dövlət mükafatına layiq görüldü. Respublikamız kino nümayişinə görə ittifaqda 4-cü yeri tutdu. Kinematoqrafçıların sosial vəziyyəti xeyli yaxşılaşdı”.
   C.Quliyev ulu öndərin diqqəti sayəsində “Kino haqqında» Qanunun qəbul olunduğunu və Dövlət Film Fondunun yarandığını da vurğuladı. O, tədbir çərçivəsində nümayiş etdirilən rejissor Vaqif Mustafayevin H.Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi “Xüsusi təyinat” sənədli filmini yüksək kinematoqrafik keyfiyyətlərə malik ekran əsəri kimi dəyərləndirdi: “Bu, poetik filmdir. Filmdə yol var. Bu yola Heydər Əliyev siması işıq saçır və bu işıq bizi gələcəyə aparır. Film Azərbaycan kinosunun tarixi baxımından ən gözəl ekran əsəridir. Ümumiyyətlə, Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunan 10 filmin hər birində biz dahi şəxsiyyətin müxtəlif sahələrdəki fəaliyyəti ilə yaxından tanış oluruq. Bu filmlərin heç biri bir-birinə bənzəmir”.
   Kinoşünas Aydın Kazımzadə H.Əliyevin milli kinomuza göstərdiyi diqqət və qayğıdan danışdı: “Ulu öndərin diqqəti sayəsində 60-cı illər Azərbaycan kinosunda yeni mərhələ idi. Vaqif Mustafayev isə 80-ci illərdə milli kinomuzda yeni söz dedi. O, sənədli filmi bədii səviyyəyə qaldırdı. Həmin filmlər gənclər üçün əsl örnəkdir”.
   Xalq artisti Vaqif Mustafayev ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında sənədli filmlərin müəllifi olduğuna görə özünü xoşbəxt rejissor adlandırdı: “Bu filmlər təkcə mənim yaradıcılığım deyil, mövqeyimdir. H.Əliyevin şəxsiyyətinə olan səmimi münasibətimdir. Ona görə də başqa filmlərdən fərqlənir”.
   Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov və sədrin müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov çıxış edərək ulu öndərin həyat və fəaliyyətinə həsr olunan filmləri Azərbaycan tarixinin salnaməsi adlandırdılar.
   Sonda “Xüsusi təyinat” filmi nümayiş olundu.
   
   Təranə Sərdarqızı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar