Mayın 12-də dünyanın ən məşhur kinomüsabiqələrindən olan Kann Beynəlxalq Kinofestivalına start veriləcək. Bu il sayca 63-cüsü keçirilən festivalın açılışı yeni ekranlaşdırılan Ridli Skotun “Robin Qud” filminin nümayişi ilə başlayacaq. Ekran əsəri mayın 12-də nümayişə çıxarılacaq. Rassel Krou və Keyt Blanşın baş rolu ifa etdiyi bu ekran əsəri elə həmin gün də Fransa ərazisində prokata buraxılacaq.
Qeyd edək ki, Kann Beynəlxalq Kinofestivalı 1946-cı ildən keçirilir. «A» kateqoriyasına aid olan festivalda fəxri mükafat ən yaxşı film üçün «Qızıl palma budağı»dır. Digər nominasiyalar üzrə - Qran-pri, ən yaxşı aktyor, aktrisa, rejissor, ssenaristə verilən mükafat, jürinin mükafatı, qısametrajlı film üçün "Qızıl palma budağı", ən yaxşı debüt üçün "Qızıl kamera" mükafatları da sahibini tapacaq.
Yeri gəlmişkən, Azərbaycan da bu il festivalda təmsil olunacaq. “Salnamə” studiyasının istehsalı olan “İz...Qala” sənədli filmi Kann Beynəlxalq Kinofestivalının “Short Film Corner” bölməsinə qəbul edilib. Rejissoru Şamil Əliyev, ssenari müəllifi Nadir Bədəlov olan “İz...Qala” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunub. Bu, rejissorun Avropanın məşhur kinofestivalında iştirak edən ikinci sənədli filmidir. Xatırladaq ki, “Yaddaş” studiyasında istehsal olunan “Azərbaycan xalçası” sənədli filmi ilk dəfə 2009-cu ildə Kann festivalının “Short Film Corner” bölməsində iştirak edib.
Festivalın rəsmi saytından əldə olunan məlumata görə, «Qızıl palma» mükafatı uğrunda 16 film yarışacaq. Rusiya müsabiqədə Nikita Mixalkovun «Günəşdən usanmışlar-2», Ukrayna isə gənc rejissor Sergey Lozniçin «Xoşbəxtlik dənizi» filmi ilə təmsil olunacaq. Fransada yaşayan gürcü rejissoru Otar İoselianinin «Şantrapa» filmi müsabiqədən kənar göstəriləcək.
Festival əsas proqramdan əlavə, müsabiqədənkənar, eyni zamanda nüfuzlu və diqqətçəkən bölümlərdən ibarətdir.
Festival mayın 23-də başa çatacaq.