Finlandiyanın “Helmi Films” kino şirkəti “Bakı xatirələri” adlı tarixi-sənədli film hazırlayıb. Filmin prodüseri Helsinkidə yaşayan azərbaycanlı Tahir Əliyev, rejissoru Tonislav Hristov, ssenari müəllifi Veronika Honkasalodur.
Mayın 13-də Finlandiya və İsveçin “YLE”, “FST” telekanallarında nümayiş olunan film Skandinaviya mətbuatında böyük marağa səbəb olub. Film barədə İsveç qəzetlərinin birində geniş məqalə dərc olunub. “Bakı xatirələri” adlanan filmdə Nobel qardaşlarından və Azərbaycan neftinin Sovet quruluşu qurulana qədər olan tarixindən bəhs edir.