Noyabrın 25-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında British Council zəngin və mükəmməl incəsənət kolleksiyasından olan əsərlərdən ibarət sərgi açılacaq. 10 gün davam edəcək sərgidə iştirakçılar müasir Britaniyanın incəsənət əsərləri ilə tanış ola biləcəklər.
Qeyd edək ki, British Council Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının təhsil imkanları və mədəniyyət əlaqələri sahəsində beynəlxalq təşkilatıdır. British Council kolleksiyasının heç bir daimi qalereyası yoxdur və "Divarsız Muzey" kimi tanınır. Bu kolleksiya Böyük Britaniya rəssam və sənətkarların nailiyyətlərini və yaradıcı ideyalarını təbliğ etmək məqsədi daşıyır.