Vaxtilə ona gördüyü iş müqabilində hədiyyə edilmiş bu əsərlərin qiyməti 60 milyon avrodur
   
   Parisdə nəşr olunan gündəlik “Liberation” qəzeti xəbər verir ki, bir nəfər fransalı pensiyaçının evində dünya şöhrətli rəssam Pablo Pikassonun indiyədək naməlum qalmış 270 əsəri aşkar edilib. Pensiyada olan elektrik montyoru bu qədər əsərin evində uzun müddət işlədiyi sahibkar və xanımı tərəfindən ona hədiyyə verildiyini bəyan edib. 
      
   Bu ilin yanvarında Pablo Pikassonun oğlu Klod 71 yaşlı Pyer le Gennek adlı bir şəxsdən məktub alıb. Bu şəxs məktubun içərisinə rəssamın üzə çıxmamış bir neçə əsərinin fotosunu qoyub və onun oğlundan həmin əsərlərə qiymət qoyaraq almasını xahiş edib. Bu hadisə bir neçə dəfə təkrar edilib və hər dəfə Klod Pikasso məktublara rədd cavabı verib.
   Nəhayət, elektrik montyoru rəssamın 270 əsərini və onların fotolarını Pikassonun Parisdəki muzeyinə aparıb və onların qiymətləndirilməsini xahiş edib. Həmin əsərlərin ümumi qiymətinin 60 milyon avro dəyərində olduğu bildirilib.
   Pikassonun 1909-1932-ci illərində kağız üzərində qumaşla çəkdiyi bu əsərlərdə rəssamın birinci arvadı Olqanın portreti, müxtəlif litoqrafiyalar və təbiət təsvirləri verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar