Humboldt Universitetində azərbaycanlı rəssamın əsərləri təqdim olunub
   
   Almaniyada keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi çərçivəsində Berlindəki Humboldt Universitetində azərbaycanlı rəssam Əşrəf Heybətovun əsərlərinin təqdimatı olub. 
      
   Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva-Mariya Aux tədbiri açaraq qeyd edib ki, fırça ustası Əşrəf Heybətov dünyanın bir sıra ölkələrində məşhurdur. Onun əsərləri bir sıra nüfuzlu vernisajlarda nümayiş etdirilib.
   Təqdimat mərasimində çıxış edən rəssam öz gənclik illəri, yaradıcılıq axtarışları barədə danışıb. Əşrəf Heybətov Azərbaycan təsviri sənətinin korifeyi, onun müəllimi olmuş, aralarında 40 ilə yaxın yaş fərqi olmasına baxmayaraq dostluq etdiyi Səttar Bəhlulzadə barədə çox səmimi fikirlər söyləyib.
   Rəssam etiraf edib ki, onun işlərinin əsas mövzusu Azərbaycan və bu ölkənin xalqıdır. Əslən içərişəhərli olan Əşrəf Heybətov öz əsərlərinin çoxunda Bakının bu qədim hissəsindəki doğma dar küçələri təsvir edib. Lakin son vaxtlar ümumtürk miqyaslı mövzular onu daha çox maraqlandırır. Rəssam emosional hisslərini belə ifadə edib: “Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar