Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, səfirliyin təşkilatçılığı ilə Varşavada Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam və fotoqraf Həmid İbadullayevin “Gecə-gündüz” adlı sərgisi keçirilib. Sərginin açılışında Polşanın müxtəlif hökumət qurumlarının və yerli ictimaiyyətin nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.
   Səfir Həsən Həsənov tədbiri giriş sözü ilə açaraq, Azərbaycanın mədəniyyəti, rəssamlıq ənənələri, qədim tarixi barədə ətraflı məlumat verib.
   Mərasimdə “Azərbaycan mənzərələri” videoçarxı göstərilib, tədbir Vaqif Mustafazadənin musiqisinin sədaları altında davam edib. Sonda polyak Voytek Kvapisinski milli alətimiz olan tarda kiçik konsert proqramı ilə çıxış edib.
   Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar