Sumqayıt Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində Gənclər gününə həsr olunmuş “Mənim rənglər dünyam” sərgisinin açılışı olub. 
   Vernisajda mərkəzin təsviri sənət studiyasının üzvləri olan gənc rəssamlar Gülnar Məmmədova və Əfsanə Piriyevanın 70-dək əsəri nümayiş etdirilir. Gülnar Məmmədova Bakı Dövlət Universitetinin psixologiya fakültəsinin tələbəsi, Əfsanə Piriyeva isə orta məktəb məzunudur. Gülnar və Əfsanənin rəsm əsərləri sənətsevərlərdə maraq doğurub. Mövzu müxtəlifliyi, o cümlədən rəssamların mənzərə, natürmort, portret janrlarında çəkdikləri əsərlər göz oxşayır.
   Bu, təsviri sənət studiyası yetirmələrinin sayca yüzüncü sərgisidir. Onu da qeyd edək ki, ötən il əsaslı təmir edilmiş mərkəzin nəzdindəki çoxsaylı dərnək, kurs və studiyalarda hər gün 1500-dən çox uşaq məşğul olur.
   Rəssamları Sumqayıt bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev, şəhər icra hakimiyyəti başçısının müavini Ramiz Həsənov, təhsil şöbəsinin müdiri Vidadi Bağırov, gənclər və idman baş idarəsinin rəisi Musa Həsənov, şair Əvəz Lələdağ və başqaları təbrik ediblər. Sərgi fevralın 15-dək davam edəcək. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar