Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Gəncliyin səsi” adlı silsilə tədbirlər çərçivəsində Beynəlxalq Muğam Mərkəzində milli geyim sərgisi açıldı. Sərgidə Bakı Milli Geyim Evinin gənc rəssam-modelyerləri Püstəxanım Rəhimova və Gülnar Şirinovanın hazırladıqları geyim nümunələri təqdim olundu. Bakı Milli Geyim Evinin direktoru Könül Vəlibəyli sərgidə nümayiş olunan 11 milli geyim nümunəsi barədə məlumat verdi. Onların arasında Azərbaycanın müxtəlif bölgələrinə xas milli geyim nümunələri ilə yanaşı, ilk dəfə olaraq muğam üçlüyü elementlərinin əks olunduğu milli geyimlər də yer almışdı.
   
   “Dünən və bu gün”: gənc muğam və caz ustalarının konserti 
   

   Sonra Beynəlxalq Muğam Mərkəzində gənc muğam və caz ustaları “Dünən və bu gün” adlı geniş konsert proqramı ilə çıxış etdilər. Gecədə Xalq artisti Mənsum İbrahimovun tələbələri Vüqar Musayev, Tuqay İsmayılov, Rizvan Həsənov, Mirpaşa Şükürov, Cəlal Əliyev, Aidə Əliyeva, Qızılgül Babayeva, Günay İmamverdiyevanın, gənc caz ifaçılarından Elçin Şirinov və İsmayıl Məmmədlinin ifaları maraqla qarşılandı.  

 Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar