Fevralın 8-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda İran xəttatlıq, illüminasiya və miniatür əsərlər sərgisinin açılışı oldu.
   İran İslam inqilabının qələbəsinin 32-ci ildönümü münasibəti ilə düzənlənən sərgidə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, indiyədək Bakıda bir çox İran rəssamlarının əl işləri nümayiş olunub və bu sərgi də onların davamıdır: “Ölkələrimiz arasında mədəniyyət və incəsənət sahəsində əlaqələr ilbəil inkişaf edir”.
   Daha sonra çıxış edən İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami iki ölkə arasında tarixən mövcud olmuş müştərək mədəniyyətdən, bu zəmində sıx əlaqələrdən danışdı: “Bizim Azərbaycanla həm tariximiz, həm mədəniyyətimiz, həm də dinimiz müştərəkdir. Onu da bildirim ki, İranda incəsənət, mədəniyyətin əsas sahələrindən biridir. Azərbaycan rəssamlarının İranda, eyni zamanda iranlı rəssamların da Azərbaycanda sərgilərinin təşkil edilməsi iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacaq”.
   Səfirin çıxışından sonra sərgilənən sənət əsərlərinə baxış keçirildi. Sərgi fevralın 10-dək davam edəcək.
   
   Yeganə






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar