Berlində «Galerie Berlin-Baku» qalereyasında məşhur Azərbaycan rəssamı Səbinə Şıxlinskayanın sərgisi açılıb. Berlinin mərkəzində yerləşən qalereyada Azərbaycan və alman rəssamlarının birgə sərgiləri təşkil olunur. Budəfəki sərgidə Syuzen Knaak, Səbinə Şıxlinskaya və İnqelor Şik-Kremendal tamaşaçılara öz əsərlərini təqdim ediblər. Səbinə Şıxlinskayanın əl işləri müxtəlif rənglər, kompozisiyanın qeyri-adiliyi, ifadə tərzi ilə əcnəbi tamaşaçıların zövqünü oxşayır.
   Sərgi martın 10-a qədər davam edəcək. Təxminən bir aya qədər Berlin incəsənətsevərləri «GalerieBerlin-Baku»da qiyabi olaraq İçərişəhərə səyahət edəcək, Bakı havasını udacaq, Xəzərin səsini eşidəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar