Sumqayıtdakı Bülbül adına 2 nömrəli incəsənət məktəbinin şagirdləri Sankt-Peterburqda VI Beynəlxalq ən yaxşı açıqca - “Art Qorod” Uşaq Rəsmləri Müsabiqəsində uğurla çıxış edib. 
   Neva sahllərindəki şəhərdə uşaq yaradıcılığına baxış Rusiyanın UNESCO işləri üzrə komissiyasının himayəsi altında 2004-cü ildən keçirilir. Sumqayıt incəsənət məktəbinin rəngkarlıq şöbəsinin şagirdlərinin işləri beynəlxalq müsabiqədə xüsusi və fəxri fərmanlarla qeyd edilib. Bu münasibətlə məktəbin akt zalında həmin fərmanların təqdim edilməsi mərasimi keçirilib.
   Bülbül adına incəsənət məktəbinin direktoru, Əməkdar mədəniyyət işçisi Lətafət Müfidzadə vernisaj iştirakçılarını və onların valideynlərini təbrik edib: “Sankt-Peterburq Dövlət Sənaye-Rəssamlıq Akademiyasının nümayiş salonunda 20 ölkəni, 932 şəhəri, 1650 məktəbi təmsil edən gənc rəssamların əl işləri sərgilənmişdi. Sevindirici haldır ki, müsabiqəyə 8320 iştirakçı tərəfindən təqdim edilmiş 9460 rəsm əsəri arasında ilk dəfə olaraq Sumqayıt məktəblilərinin işləri də nümayiş etdirilib”.
   Qeyd edək ki, məktəbin müsabiqədə iştirak etmiş şagirdlərinin təqdim etdiyi 8 işin hər biri müsabiqənin sanballı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
   Rəngkarlıq şöbəsinin müdiri Firuzə Rüstəmova da “Art Qorod” fəxri fərmanı ilə təltif edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar