Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucov haqqında film çəkilir. Filmin baş məsləhətşisi millət vəkili Aynur Quliyevadır. Bu barədə məlumat verən A.Quliyeva bildirib ki, gənclərdə vətənpərvərlik ruhunun aşılanması üçün kino əvəzolunmaz vasitədir: ”Təəssüf ki, Qarabağ müharibəsindən, Xocalı faciəsindən bəhs edən səviyyəli bədii əsərlərimiz, filmlərimiz azdır”. Ağdərə və Tərtər döyüşlərində böyük şücaət göstərmiş Milli Qəhrəman Vəzir Orucov haqqındakı filmin çəkilişləri Tərtər rayonu ərazisində aparılır. Vəzir Orucov Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Hazırda valideynləri həmin kənddə yaşayır.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar