Martın 2-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xalq rəssamı Oqtay Sadıqzadənin anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən akademiyanın rektoru, Xalq rəssamı Ömər Eldarov yubilyarın mənalı ömür yolundan və zəngin yaradıcılığından danışıb.
   O, qeyd edib ki, Oqtay Sadıqzadə 1921-ci il fevralın 24-də Bakının Novxanı kəndində dünyaya göz açıb: “Həyatın ağır sınaqlarından üzüağ çıxan, daim zəhməti ilə çoxlarına örnək olan bu insan Azərbaycan rəssamlıq tarixində qalmaq şansını çoxdan qazanmış sənətkarlarımızdandır. Onun yaratdığı rəsm əsərləri daim öz orijinallığı ilə seçilib, fərqlənib”.
   Natiq vurğulayıb ki, Oqtay Sadıqzadənin zəhməti daim yüksək qiymətləndirilib. O, 1977-ci ildə “Əməkdar incəsənət xadimi”, 1992-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. “Şöhrət” ordenli sənətkar bu günlərdə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Şərəf” ordeni ilə təltif edilib.
   Tədbirdə çıxış edən digər natiqlər O.Sadıqzadəni Azərbaycan rəssamlıq məktəbinin ən tanınmış nümayəndələrindən biri kimi dəyərləndirmiş və onunla bağlı səmimi fikirlərini söyləmişlər.
   Bütün iştirakçılara minnətdarlığını bildirən yubilyar deyib ki, məni sənətə olan sonsuz sevgim yaşadır. Həyatda çox şey dəyişir, məhdudlaşır, amma insanın daxilindəki sənət sevgisi, sənət eşqi daim onu yaşamağa səsləyir.
   Tədbirdə Xalq rəssamının tələbələrinin diplom işlərindən ibarət sərgi açılıb və Oqtay Sadıqzadədən bəhs edən videoçarx nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar