Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəz uşaq musiqi və incəsənət məktəblərində tədris prosesinin təkmilləşdirilməsi, dərs səviyyəsinin yüksəldilməsi, müəllimlərin təcrübələrinin artırılması və onlara metodiki köməklik göstərilməsi məqsədilə müxtəlif tədbirlər keçirir. Sumqayıt şəhəri uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün fortepiano və tar ixtisasları üzrə açıq dərslərin təşkili də bu tədbirlərdən biri idi.
   Sumqayıt şəhəri Bülbül adına 2 №-li Uşaq İncəsənət Məktəbində keçirilən dərsləri məktəbin fortepiano müəllimi Yelena Xaliluyinna və tar müəllimləri Səməd Həsənov, İbrahim Bayramov, II sinif şagirdləri Leyla Əliyeva və Şölə Nadirova, VI sinif şagirdi Nigar Hüseynova və V sinif şagirdi Rəmzi Salahov aparıblar. Açıq dərslərin yekunu qarşılıqlı fikir mübadiləsi şəraitində müzakirə olunub.
   Bundan əlavə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası fortepiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva şagirdlər Leyla Əliyeva, Nigar Hüseynova ilə ustad dərsləri keçib. Dərslərin sonunda Nərminə Quliyeva müəllimləri maraqlandıran sualları cavablandırıb, lazımı metodiki tövsiyələr verib. Müəllimlər Nərminə Quliyevaya ustad dərslərinin yüksək səviyyədə keçdiyi üçün minnətdarlıqlarını bildiriblər.
   Dərslərdə Sumqayıt şəhəri uşaq musiqi və incəsənət məktəblərindən 100 nəfərə yaxın müəllim iştirak edib. Gələcəkdə respublikanın digər regionlarında da belə tədbirlərin keçirilməsi nəzərdə tutulur.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar