2015-ci ildə Tbilisidə keçiriləcək Uşaq və Yeniyetmələrin Beynəlxalq Yaradıcılıq Olimpiadasında iştirak edəcək rəqs qruplarının seçim festivalı olub. Beynəlxalq Uşaq Fondunun (UNİCEF), Gürcüstan Mədəniyyət və Turizm Nazirliyinin və Yaradıcı Xadimlər İttifaqının birgə təşkilatçılığı ilə keçirilən seçim festivalına Gürcüstandakı milli azlıqları təmsil edən rəqs qrupları qatılıblar.
   Marneuli şəhərindəki Azərbaycanlıların Mədəniyyət Mərkəzindən verilən məlumata görə, soydaşlarımızın “Sarvan” folklor rəqs qrupu festivalda çıxış edib. Azərbaycan milli rəqslərini böyük məharətlə təqdim edən balaca rəqqaslarımız 3 nominasiya üzrə uğurlu çıxışları ilə festivalın münsiflər heyətinin diqqətini cəlb ediblər. 2015-ci ildə Tbilisidə keçiriləcək beynəlxalq olimpiadaya vəsiqə qazanan rəqs qruplarının adı münsiflər heyəti tərəfindən iki həftə ərzində açıqlanacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar