Mayın 30-da İbrus Teatrında Oleq Səfərəliyevin "Əlvida, cənub şəhəri" adlı filminin nümayişi keçiriləcək. Filmdə Qarabağ problemi nəticəsində paytaxta axışan qaçqınlar və onların şəhər əhalisi ilə münasibətləri öz əksini tapıb.
Filmin mövzusu qısa bir zaman kəsiyini - bir yay ərzində baş vermiş hadisələri əhatə edir. "Əlvida, cənub şəhəri" Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Filmdə rolları Fuad Poladov, Fəxrəddin Manafov, Teymur Bədəlbəyli, Mehriban Zəki, Rafiq Əliyev, Kamal Xudaverdiyev, Sənubər İsgəndərli və başqaları ifa edir.