Aprelin 13-də Bakıda “Art Garden” salonunda belçikalı rəssam, fotoqraf, "Sərhədsiz uşaqlar" Beynəlxalq xeyriyyə fondunun və "Vindiş Qrets" Beynəlxalq mədəniyyət fondunun prezidenti, Avstriya-macar şahzadəsi Stefani de Vindiş Qretsin sərgisi açıldı. Sərgidə çıxış edən Rəssamlar Birliyinin Katibi Ağəli İbrahimov rəssamın yaradıcılığından danışdı, onun həm də maraqlı fotolar müəllifi olduğunu bildirdi A.İbrahimov vurğuladı ki, rəssamın əsərlərində yüksək peşəkarlıq hiss olunur və bu da onun əsərlərinə kifayət qədər böyük maraq yaradır. Tədbirdə qeyd olundu ki, Stefani de Vindiş Qrets Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gəlib. O, sufizmlə bağlı filosof və yazıçıdır. Rəssamın Bakıya gəlməkdə məqsədi həm də böyük sufi alim Seyid Yəhya Bakuvinin məzarını ziyarət etmək olub.
   Sərginin müəllifi Stefani de Vindiş Qrets onun sərgisinin Bakıda təşkil olunmasına görə minnətdarlığını ifadə etdi: “Bakı çox gözəl şəhərdir. Burada olmağımdan çox məmnunam. İnanıram ki, bu, Bakıya son səfərim olmayacaq”.
   Qeyd edək ki, şahzadə Stefani de Vindiş Qrets Avstriya-Macarıstan imperatriçası olmuş Yelizavetanın nəticələrindəndir.
   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Art Garden” salonu ilə birgə təşkil etdiyi sərgi aprelin 15-də yekunlaşacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar